Yaponiyada sunamidən qorunmaq üçün beton divar çəkilir
Bakı, 14 mart, AZƏRTAC
Yaponiyada şimal sahillərini dağıdıcı sunamilərdən qorumaq üçün nəhəng beton divarlar hörülür.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, 380 kilometr uzunluğunda olacaq beton divar əsasən 2011-ci ildə baş vermiş sunamidən ən çox zərər çəkən ərazilərdən keçəcək. Bundan başqa, həmin ərazilərdə sahilin hündürlüyü də 9-11 metrə qədər qaldırılacaq.
Qeyd edək ki, 2011-ci il martın 11-də Yaponiyanın Senday şəhərindən 130 kilometr uzaqlıqda, Sakit Okeanda baş vermiş 9,1 bal gücündə zəlzələ nəticəsində yaranan nəhəng sunami ölkənin şimal-şərq sahillərində çoxsaylı insan tələfatına və böyük dağıntılara səbəb olmuşdu. Təbii fəlakətdən ən çox Miyagi, İvate və Fukusima prefekturaları zərər çəkmişdi. Eyni zamanda Fukusima prefekturasındakı "Fukusima-1" Atom Elektrik Stansiyası da xeyli dərəcədə zədələnmiş və ətraf mühitə radiasiya sızması qeydə alınmışdı.
Rəsmi məlumata əsasən, həmin zəlzələ və sunami nəticəsində Yaponiyada 16 minə yaxın insan həlak olmuş, 6143 nəfər yaralanmış, daha 2681 nəfər isə itkin düşmüşdü.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33