Kazan: İnsanlar yanan ticarət mərkəzindəki mallarını xilas etmək üçün özlərini ölümə atıblar
Bakı, 14 mart, AZƏRTAC
Kazan şəhərindəki “Admiral” ticarət mərkəzinin sahibkarları mallarını yanğından xilas etmək üçün polisin qurduğu maneəni aşaraq binaya giriblər.
Bu barədə TASS informasiya agentliyinə Tatarıstan Fövqəladə Hallar Xidmətinin mətbuat katibi Andrey Rodıgin məlumat verib. Onun dediyinə görə, yanğın başlayan zaman insanlar evakuasiya olunduqdan sonra mərkəzin sağ tərəfində polis kordonu qurulmuşdu. Lakin sahibkarlar mallarını yanan binadan çıxarmaq üçün maneəni yararaq yenidən içəriyə giriblər. Bu zaman mərkəzin bir hissəsi “domino” effekti ilə dağılıb.
Rusiya FHN-in Volqayanı regional mərkəzinin rəisi İqor Panşin də öz növbəsində hesab edir ki, həlak olan insanların xilas şansı çox olsa da, onlar bundan istifadə etməyiblər. Onun verdiyi son məlumata görə, faciə qurbanlarının sayı 17 nəfərə çatıb. Dağıntılar altında daha 16 nəfərin qaldığı ehtimal edilir.
Faciə ilə bağlı bu gün Tatarıstanda matəm elan olunub.
Bu arada prokuror İldus Nafikovun yanmış ticarət mərkəzinin mülkiyyətçisi olan kompaniyanın rəhbərlərinin – “UK AC Menecment Qapalı Səhmdar Cəmiyyəti direktorlar şurasının sədri Aleksey Syominin və kompaniyanın baş direktoru Robert Xayrulinin məsuliyyətə cəlb olunması tələbini irəli sürdüyü bildirilir. Tatarıstan prokurorluğunun mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
ASG investisiya qrupları kompaniyasının rəhbəri, Tatarıstanın ən varlı şəxslərindən biri olan milyarder Aleksey Syomin Moskvada və 2005-ci ildə Fransada aldığı tarixi Levevill qəsrində yaşayır.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33