Tərtər, 14 mart, AZƏRTAC
Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran rayonun Qaraağacı kənd sakinləri Sarvan Vəliyevlə Türkan Salmanlının nikah mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər əvvəlcə Heydər Əliyevin Mərkəzində Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Mərkəzdə nikah aktının imzalanması mərasimi olub. Çıxış edənlər yeni ailə quran gəncləri təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Evlənən cütlüklərə rayon icra hakimiyyətinin hədiyyələri təqdim olunub.
Yeni ailə quranlar və onların doğmaları bu günün onlar üçün əlamətdar hadisə olduğunu və nikah mərasiminin Heydər Əliyev Mərkəzində keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildiriblər.

