Əlillik müayinəsində mütərəqqi beynəlxalq yanaşmaların tətbiqi məsələləri müzakirə olunub
Bakı, 14 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Lənkəran rayonunda bu rayonun və Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarının Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK), səhiyyə müəssisələrinin və həkim-məsləhət komissiyalarının rəhbər şəxsləri və əməkdaşlarının iştirakı ilə zona müşavirəsi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə tibbi-sosial ekspertiza sisteminin təkmilləşdirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov əsas məqsədin bu sahənin avtomatlaşdırılması və əlilliyin müəyyən olunmasında mütərəqqi yanaşmaların tətbiqi olduğunu vurğulayıb. Bildirib ki, nazirlik tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sistemi hazırlanaraq istifadəyə verilib. Hazırda müvafiq qurumlar arasında əlilliklə bağlı sənəd dövriyyəsi bu sistemdə elektron mübadilə şəraitində aparılır. Səhiyyə Nazirliyinin təsdiq etdiyi göndəriş formaları TSEK-lər tərəfindən elektron şəkildə qəbul edilir, əlillik təyinatı barədə qəbul edilmiş qərarlar isə sistemdəki elektron bazaya yerləşdirilir.
Nazir müavini bütün TSEK-lərin bu sistemdə işləmək üçün e-imza ilə təmin edildiklərini və treninqlər vasitəsilə müvafiq bacarıqlara malik olduqlarını bildirib.
Müşavirədə ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev əlillik təyinatı üçün göndəriş formalarının tərtib olunması sahəsində mövcud vəziyyət barədə məlumat verib, həmin formaların təkmilləşdirilməsi zərurətindən söz açıb.
Nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin iş prinsipləri, göndəriş formalarının ümumi elektron informasiya sisteminə inteqrasiyası, əlillik müayinələrinin nəticələrinin elektron məlumat bazasına daxil edilməsi və s. barədə praktik məlumat verib.
Tədbir qeyd olunan göndəriş formalarının təkmilləşdirilməsi, əlillik müayinəsi üçün əsas və yanaşı diaqnozların düzgün müəyyən edilməsi, əlillik müayinələrinin nəticələrinin müvafiq beynəlxalq təsnifata uyğunlaşdırılması məsələləri ətrafında müzakirələrlə davam edib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33