Yunanıstanlı nazir Almaniyanı onun ölkəsinin daxili işlərində qarışmaqda ittiham edir
Bakı, 14 mart, AZƏRTAC
Yunanıstanın milli müdafiə naziri Panos Kammenos Almaniya hakimiyyətini onun ölkəsinin daxili işlərində qarışmaqda ittiham edib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Panos Kammenos Almaniyanın “Bild” qəzetinə müsahibəsində AFR-in maliyyə naziri Volfanq Şoyblenin bəyanatını kəskin tənqid edib. “Almaniya hökuməti ona aid olmayan işlərə qarışır. Bununla da digər dövlətlərin daxili işlərinə qarışmamaqla bağlı müqaviləni pozur” – deyə o bildirib.
Yunanıstanın iqtisadi vəziyyətinə toxunan nazir, həmçinin qeyd edib ki, Afinaya üçüncü yardım paketi yox, borcların silinməsi lazımdır. “Biz köhnə borcları daim yeni borclar hesabına bağlaya bilmərik” – deyə P.Kammenos bildirib.
İkinci dünya müharibəsi zamanı hərbi cinayətlər nəticəsində dəymiş zərərə görə yunan tərəfinin Berlindən təzminat tələbi barədə suala da cavab verən nazir deyib ki, Afina kompensasiya gözləyir: “Burada söhbət nəzəri diskussiyalardan deyil, konkret məbləğdən gedir”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Xamenei ABŞ və İsraili hədələdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33