Xalq artisti Arif Quliyev Region TV-də yayımlanan "Regionun fəxri" verilişində illər sonra 4 il təhsil aldığı internat məktəbini ziyarət edib.

Məktəbdəki xatirələrini tamaşaçılarla bölüşən xalq artisti göz yaşlarını saxlaya bilməyib.

Xalq artisti keçmiş günlərini belə xatırlayıb: "Valideynləri, yaxınları olan uşaqlara yemək, hədiyyə gətirirdilər, həyətdə otururdular. Mənim kimi heç kəsi olmayanlar da pəncərədən baxırdıq onlara. Bu, bizə çox pis təsir edirdi. Çünki valideyn nəvazişini görməmişdik. Ağacların altında stollar qoyub uşaqlarını yedizdirir, qucaqlayırdılar. O isti qucağı biz də hiss etmək istəyirdik. Amma biz qıraqdan baxa-baxa qalırdıq. Bir dəfə bir uşağa noğul konfeti gətirmişdilər, mən də uzaqdan baxırdım. Oğlan gələndə ondan noğul istədim, ovcunu bərk-bərk sıxıb dedi ki, bunu mənə anam gətirib, verə bilmərəm. Hər insanın ürəyində dərd var, kədər var. Mən də o vaxt özümə söz verdim, komediya yolunu seçdim ki, insanları dərddən, qəmdən uzaqlaşdırım".



Milli.Az