Bakı, 14 mart, AZƏRTAC
Hollandiyanın Arneme şəhərində pnevmatik tapançadan atəşaçma üzrə Avropa çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionatda Azərbaycanı təmsil edən Ruslan Lunev 575 xal toplayaraq 57 idmançı arasında 20-ci olub.
Çempionatın qalibi adını almaniyalı idmançı Fillipp Qrimm qazanıb.