Bakı, 14 mart, AZƏRTAC 
Konfransda üzərində işlədiyimiz ən vacib məsələlərdən biri də Milli Onkologiya Mərkəzi ilə pediatrik onkologiya sahəsində əməkdaşlığın yaradılmasıdır.
Bunu martın 14-də Bakıda onkologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransın iştirakçısı, ABŞ-ın MD Anderson Xərçəng Mərkəzinin Pediatriya Klinikasının direktoru Tsezar Nunez AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib.
Onun sözlərinə görə, bu əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər.
“Düşünürəm ki, biz əməkdaşlığın ilkin mərhələsindəyik. İlk olaraq elmi sahələrdə bir-birimizi öyrənməyə çalışacağıq. Akademik səviyyədə bizim əməkdaşlığımız mümkündür”, - deyə Tsezar Nunez bildirib.
Qeyd edək ki, Tsezar Nunez konfransın ilk günündə “Pediatrik onkologiya: keçmişi, indiki vəziyyəti və gələcəyi” mövzusunda məruzə edib. Martın 15-də isə Amerikalı həkim pediatrik limfomaların müalicəsinə dair ən son məlumatlarla bağlı ustad dərsi keçəcək.