Bakı, 14 mart, AZƏRTAC
Myanma sahillərində sərnişin bərəsinin qəzaya uğraması nəticəsində azı 21 nəfər həlak olub, 26 nəfər isə itkin düşüb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, qəza martın 13-də axşam saatlarında baş verib. Göyərtəsində 200-dən çox sərnişinin olduğu bərə Kyaokpyu şəhərindən ölkənin qərbində yerləşən Rakxayn ştatının paytaxtı Situeyə gedirdi.
Hazırda 167 nəfərin xilas edildiyi bildirilir.