13 mərkəzi icra orqanının informasiya sistemləri tam şəkildə fərdi identifikasiya nömrəsinə uyğunlaşdırılıb
Bakı, 14 mart, AZƏRTAC
Azərbaycanda informasiya sistemlərinin fərdi identifikasiya nömrəsinə (FİN) uyğunlaşdırılması prosesi sürətlə davam etdirilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar, Daxili İşlər, Ədliyyə, Səhiyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Gömrük, Əmlak Məsələləri Dövlət komitələri, Dövlət Sərhəd Xidməti, Dövlət Sosial Müdafiə Fondu daxil olmaqla təxminən 13 mərkəzi icra orqanında informasiya sistemləri tam olaraq FİN-ə uyğunlaşdırılıb.
Hazırda "Azərsu" ASC, "Azəristiliktəchizat" ASC, "Azəriqaz" İB, "Azərişıq" ASC-nin mülkiyyətində olan informasiya sistemlərində abunəçilərə dair fərdi məlumatların "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemindəki məlumatlarla qarşılaşdırılaraq FİN-ə uyğunlaşdırılması istiqamətində müvafiq işlər aparılır.
Analoji proses Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin informasiya sistemi ilə də aparılır. Eyni zamanda, hər üç mobil operator ilə də bu sahədə əməkdaşlıq edilir.
Qeyd edək ki, FİN – dövlət reyestrinə barəsində məlumat daxil edilən şəxsə müəyyən edilmiş qaydada verilən və şəxs barəsində müvafiq məlumatları birmənalı müəyyən etməyə imkan verən vahid təkrarolunmaz koddur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33