"Big Brother" realiti-şousunun sabiq ulduzu İmocen Tomas ABŞ-ın Florida ştatındakı Mayami çimərliyində istirahətdədir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 32 yaşlı model və aktrisa okean sahilində olarkən paparassilər onu qarabaqara müşayiət ediblər.
 
Ariana adlı qızını dünyaya gətirəndən sonra modelyerliyə başlayan və "Aribella" adlı brend yaradan İ.Tomas reportyorlara deyib: "Əvvəlki çılğın, qlamur həyat tərzimi dəyişmişəm.

İndi axşamlar bəzən gecə klubuna və ya ziyafətə yollanmaq əvəzinə qızımın yanında qalmağa üstünlük verirəm. Qızım həyatımı dəyişdi".
 
Milli.Az