TUMİB Şəmkirdə yeni layihənin icrasına başlayıb
Bakı, 14 mart, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında azərbaycançılıq məfkurəsinin təbliği” adlı layihənin icrasına başlayıb.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində ilk konfrans martın 13-də Şəmkir şəhərində keçirilib.
Şəmkir rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Vüsal Rzayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Qeyd edib ki, çalışdığı qurum şəmkirli gənclərin potensialını üzə çıxarmaq üçün müxtəlif layihələr həyata keçirir.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov əvvəlcə Azərbaycan dövlət himninin müəllifi, istiqlal şairi Əhməd Cavadın yurdunda gəncləri salamlamaqdan məmnun olduğunu dilə gətirib. Ç.Bayramov layihə haqqında məlumat verərək bildirib ki, məqsəd gənclər arasında azərbaycançılıq məfkurəsini daha çox təbliğ etmək, ölkəmizdə vətənpərvər ruhlu, ziyalı gənclərin yetişməsinə təkan verməkdir: “Həmçinin azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı konfranslar, şeir, mahnı, rəsm və respublikamızın gənc jurnalistləri arasında yazı müsabiqəsi keçirəcək”.
TUMİB sədri bildirib ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olmaqla yanaşı, həm də azərbaycançılıq ideologiyasının banisidir. Hər bir Azərbaycan gənci Heydər Əliyev irsini dərindən öyrənməlidir.
Layihənin eksperti, TUMİB-in İdarə Heyətinin üzvü Seymur Verdizadə gənclərin cəmiyyətin həyatındakı rolundan danışıb. Qeyd edib ki, gənclərin enerjisini doğru istiqamətə yönəltməklə daha çox uğur qazanmaq mümkündür. S.Verdizadə yeniyetmə və gəncləri yad ideologiyaların təsirinə düşməməyə çağırıb.
“Gənc Vətənpərvərlər” İctimai Birliyi sədrinin müşaviri Rəna Məmmədova deyib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələni yaşamaqdadır.
Konfrans iştirakçılarından Əminə Quliyeva çıxış edərək, həmyaşıdları adından təşkilatçılara minnətdarlığını bildirib. O, çıxışının sonunda sözləri Əhməd Cavada məxsus olan “Çırpınırdın Qara Dəniz” mahnısını ifa edib.
Daha sonra digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər. İştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara Gənclər Fondunun və TUMİB-in fəxri diplomları təqdim olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05