Türkiyəli karateçi Serap Özçelik 2015-ci il Avropa Çempionatında qızıl medal qazanacağına inanır.

ANS PRESS-in məlumatna görə, 27 yaşlı Özçelik artıq öz karyerasında qitə yarışları üzrə üç medaldan başqa, 50 kq-lıq çəki üzrə üç Avroıpa qızıl medalına sahibdir. İstanbullu idmançı 2012-ci ilin Dünya Çempionatında da bürünc medal qazanmışdı. Bu barədə Bakı 2015 Avropa Oyunlarının rəsmi internet səhifəsi xəbər yayıb.

Sonuncu Avropa çempionu olan Özçelikin 19 - 22 mart tarixlərində İstanbulda keçiriləcək 2015-ci ilin Avropa Karate Çempionatında sayca yeddinci medalını qazanmaq şansı var.

"Bu günə qədər üç qızıl medalım var, bir gümüş və iki bürünc medalımla digər uğurlarımı da nümayiş etdirmişəm. Bu ardıcıllıq məni zəfər pilləsinə aparmalıdır. Yeddinci medalı qazanmaqla bir tarix yazmaq istərdim,” - deyə Özçelik bildirib.

Özçelik, həmçinin, Bakı 2015 Avropa Oyunlarında da yer tutmağa ümid edir. Bakı 2015 üzrə kvota yerləri Avropa Çempionatında qərara alınacaq.

Hər bir çəki qrupunda ilk altılıq Azərbaycan üzrə kvota yerlərini qazanacaq.

"Avropa Çempionatının əhəmiyyəti bu nöqteyi-nəzərdən də böyükdür,” - deyə Özçelik qeyd edib.
Mənbə
ANS PRESS