Dünən Zaqatala təmsilçisi "Simurq" tarixində bir ilkə imza atıb.

ANS PRESS-in məlumatına görə, ölkə kubokunun 1/4 final mərhələsinin cavab qarşılaşmasında "Qəbələ" ilə qolsuz bərarəbərə qalıb və iki oyunun nəticəsinə görə yarımfinala yüksəlib.

Bu klub tarixində bir ilkdi. Komanda bir neçə dəfə 1/4 final mərhələsinə kimi gəlsə də, yarımfinala yüksəlməyi bacarmamışdı.

Qeyd edək ki, yarımfinalda "Simurq" “Qarabağ” la münasibətlərini ayırd edəcək. Bu mərhələdə ilk oyunlar aprelin 13-də, cavab oyunları aprelin 21-də keçiriləcək.
Mənbə
ANS PRESS