Bakı, 14 mart, AZƏRTAC
“Caspian Development Bank” (CDB) və “Azər-Türk Bank” Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları olublar.
AİF-dən AZƏRTAC-a bildiriblər ki, beləliklə İpoteka Fondunun agent banklarının sayı 30-a çatıb. AİF-in vəsaitlərindən ipoteka kreditləri almaq istəyən Azərbaycan vətəndaşları CDB və “Azər-Türk Bank”a müraciət edə bilərlər.