Fransanın Citroen şirkəti Cenevrə avtosalonu çərçivəsində avropalıları yaxın gələcəkdə seriya istehsalı versiyasına çevriləcək Berlingo Mountain Vibe konseptual modeli ilə tanış edib.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yeni Berlingo Mountain Vibe yenilənmiş Citroen Berlingo bazasında hazırlanıb. Yeni modelin səciyyəvi fərqləndirici xüsusiyyəti kuzov üzərində ərazinin topoqrafik planının təsviri də daxil olmaqla orijinal şəkillərin olması, həmçinin fransız dizaynerlərin çəhrayı rəngdə boyadığı bir sıra kuzov detallarıdır. Bundan başqa avtomobilin salonu da dəyişikliyə məruz qalıb.
 
Milli.Az