Heydər Əliyev Mərkəzində“Sloveniya Günü”nün açılışı olub
Bakı, 13 mart, Abdulla Suvar, AZƏRTAC
Martın 13-də Heydər Əliyev Mərkəzində “Sloveniya Günü”nün açılışı olub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini Adil Kərimli mərasim iştirakçılarını salamlayaraq Azərbaycanda ilk dəfə keçirilən “Sloveniya Günü”nün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirlərin rəngarəngliyi ilə diqqəti cəlb etdiyini söyləyən natiq vurğulayıb ki, bugünki mərasim də onlardan biridir. Millətlərin biri-birini daha yaxından tanımasında böyük rol oynayan bu cür layihələr nəyinki paytaxtımızın sakinlərinin, həm də qonaqlarının da ürəyinə yol tapır, onların ruhunu oxşayır.
Adil Kərimli deyib: “Bu gün biz Sloveniyanı, onun zəngin mədəniyyətini yaxından tanımağa imkan yaradacaq iki müxtəlif və böyük bir tədbirə start veririk. Bu tədbirlərdən birinci “İki fərqi dünya” adlanan ata və oğulun incəsənət əsərlərinin sərgisi, digəri isə “Eroika” qrupunun təqdimatında konsert proqramıdır”.
Tədbirin təşkilatçılarına minnətdarlığını bildirən natiq Sloveniyanın fəxri konsulluğunun qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq iki ölkə arasında mövcud əlaqələrin daha da möhkəmlənməsi istiqamətindəki işlərini xüsusilə qeyd edib.
Sloveniyanın Azərbaycandakı səfiri Milan Yazbek tədbirdə çoxsaylı qonaqların iştirakından məmnunluğunu ifadə edib.
Bəzi qurumlara ölkəsi adından minnətdarlığını bildirən diplomat vurğulayıb ki, belə təşkilatların səyi nəticəsində belə bir gözəl məkanda, Heydər Əliyev Mərkəzində altı ay ərzində ikinci dəfə insanlarla görüşmək fürsəti qazanıb. O, fürsətdən istifadə edərək ölkəsinin Azərbaycandakı fəxri konsulu Elnur Allahverdiyevə belə tədbirlərin keçirilməsinə göstərdiyi köməkliyə görə təşəkkülünü bildirib.
Ölkələrimiz arasındakı mövcud əlaqələr toxunan səfir qeyd edib ki, belə tədbirlər Azərbaycan ilə Sloveniya arasındakı əlaqələrin olduqca yüksək inkişafından xəbər verir.
Səfir deyib: “Bu gecə Sloveniyalı məşhur sənətçisi Ljuben Dimkaroski dünyanın ən qədim fleytasında səsləndirəcəyi musiqi nömrələri ilə bizim hamımızın zövqünü oxşayacaq. Sloveniya Milli Muzeyində saxlanılan bu fleytanın 65 min il yaşı var. Bu musiqi aləti neandertal insan dövründə icad edilib. Sadə, bir neçə dəliyi olan bu musiqi alətinin sehrində biz həmin dövrlərin ruhunu hiss edəcək, eyni zamanda müasir musiqi əsərlərini dinləyəcəyik. Eyni zamanda biz rənglərin səyahətinə də çıxacağıq. Belə ki, Sloveniya rəssamları Peter və Joze Ciuhaların əsərlərinin bənzərsiz rənglər dünyasına 18 rəngin nələr yaratdığını seyr edəcəyik”.
Tədbir çərçivəsində qonaqlar əvvəlcə incəsənət sərgisi ilə tanış olublar.
Sonra iştirakçılar həmçinin Heydər Əliyev Mərkəzində məşhur “Eroika” qrupunun konsertini dinləyiblər. Matjaz Robavs (bariton), Aljaz Farasin (tenor) və Metod Zunecdən (tenor) ibarət trio tamaşaçılara maraqlı musiqi proqramı təqdim edib. Trio səhnəyə Niyazi adına simfonik orkestrinin müşayiəti ilə çıxıb. Gecədə qrupun ifasında Müslüm Maqomayevin “Odlar yurdu Azərbaycan” mahnısı da səsləndirilib.
Qeyd edək ki, qrupun repertuarına ingilis, ispan və italyan dillərində bir çox ölkələrdə hitə çevrilmiş mahnılar, eləcə də Sloveniya, Serbiya və Xorvatiyanın pop mahnılarının remeykləri daxildir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47