Azərbaycanda hər bir gənc dövlətimizin ona göstərdiyi diqqət və qayğıdan bəhrələnir
Bakı, 13 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 22 illiyi qeyd edilib və rayon partiya təşkilatının Gənclər Birliyinin növbəti hesabat-seçki konfransı keçirilib.
Tədbirdə rayon təşkilatının Gənclər Birliyinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək deyib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda bütün sahələrdə olduğu kimi, uğurlu gənclər siyasəti də aparılır. Bu gün hər bir gənc dövlətimizin ona göstərdiyi diqqət və qayğıdan bəhrələnir. Bu amil isə gənclərin gələcək fəaliyyətinə stimul verir. Qaradağ rayon gəncləri də bunu öz üzərlərində daim hiss edirlər.
Çıxış edən Qaradağ rayon gəncləri Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışıblar. Ölkəmizdə gənclərin inkişafı üçün hərtərəfli şəraitin yaradıldığı, həmçinin YAP Gənclər Birliyinin Azərbaycanın ən böyük, ən güclü gənclər təşkilatı olduğu vurğulanıb.
Daha sonra Qaradağ rayonunun idarə, müəssisə və təşkilatlarından konfransa seçilmiş nümayəndələr Yeni Azərbaycan Partiyası Qaradağ rayon Gənclər Birliyinin təsis edilməsinə yekdilliklə səs veriblər. Nümayəndələr, həmçinin ümumi səsvermə ilə Gənclər Birliyi idarə heyətinin tərkibini, sədrini və onun müavinlərini seçiblər.
“SƏS” media qrupunun rəhbəri Bəhruz Quliyev çıxış edərək deyib ki, respublikamızda ilk yaranan təşkilatlardan biri olan YAP Qaradağ rayon təşkilatı özünün fəaliyyət istiqamətinə görə hər zaman ön mövqelərdə qərarlaşıb. Yeni Azərbaycan Partiyası bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır. Məhz bu fakt YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvlərinin üzərinə böyük məsuliyyət qoyur.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova deyib ki, gənclərdə milli təəssübkeşlik hissi nə qədər yüksək olarsa, bu da onların fəaliyyət istiqamətlərinə müsbət təsir göstərər.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Nazir ona vəzifə verdi
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05