Bakı, 13 mart, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Azərbaycanda keçirilən “Amerika günləri” festivalı çərçivəsində aborigen amerikalıların – hinduların rəqs ənənələrini nümayiş etdirən “Oklahoma Fancy Dancers” qrupunun iştirakı ilə tədbir keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət attaşesi Kelli Cullum vurğulayıb ki, bu tədbir azərbaycanlıların Amerikanı daha yaxından tanımalarına imkan yaradacaq. Məşhur Amerika hinduları rəqs truppası olan “Oklahoma Fancy Dancers” maraqlı çıxışı ilə iştirakçılarda xoş təəssürat oyadıb.
ABŞ-ın Corctaun Universitetinin professoru, “Sərhədsiz Din Xadimləri” beynəlxalq təşkilatının prezidenti, imam Yahya Hendinin bu günlərdə BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində “Amerikada din, İslamda qadına münasibət” mövzusunda çıxışı da “Amerika günləri” festivalı çərçivəsində təşkil edilib.

