Cənubi Koreyanın SsangYong şirkəti Cenevrə avtosalonu çərçivəsində Tivoli kompakt yolsuzluq avtomobilini təqdim edib.
 
Model Cenevrəyə 18 düymlük təkər diskləri ilə qara-qırmızı və boz rəngli kuzovlarda gətirilib. Satışa isə krossover 16-18 düym ölçülü disklər və kuzovun 8 variantda rənglənməsi ilə çıxarılacaq.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, SsangYong Tivoli həm ön, həm də tam ötürmə variantlarında seçim olaraq iki mühərriklə - 128 at güclü (160 Nm) 1,6 litrlik benzin və 115 at güclü (300 Nm) 1,6 litrlik dizel mühərrikləri ilə təklif ediləcək.
 
SsangYong Tivoli üç hərəkət rejimli (Normal, Comfort və Sport) intellektual “Smart Steer” sükan iarəetmə sistemi ilə təchiz edilib. Yol səthindən ara məsafəsi 167 millimetrdir. Avtomobil aşmadan qorunma sistemi, Emergency Stop Signal qəza siqnal vermə funksiyalı fövqəladə tormozlanma zamanı yardım sistemi, qabaqda iki, arxada dörd ədəd park etmə məlumatveicisi, 36-150 km/saat sürət diapazonunda kruiz-kontrol, yağış və işıq məlumatlandırıcıları və şinlərdə təzyiqə nəzarət sistemi ilə təmin edilib.
 
Milli.Az