eBay internet mağazasında satış həcmi ilin əvvəlindən kəskin azalmaqda davam edərək fevralda 26,2 faiz təşkil edib.
 
İnternet mağazaları rahat deyil, onlar müasir dünyada yalnız seçmə ticarət üçün əlverişlidir. İnternet mağazalarının alıcılar arasında populyarlığı azalmağa doğru gedir və bu tendensiya artıq uzun müddətdir davam edir, - mağazada satışın azalmasını şərh edən ChannelAdvisor platformasının direktoru Skot Uinqo bildirib.
 
Ekspertlərin məlumatına görə, son tendensiyalar onu göstərir ki, onlayn alıcılar eBayın təklif etdiyi bu növ ticarətdən uzaqlaşaraq birbaşa satış mağazalarına üstünlük verirlər.
 
ChannelAdvisor nümayəndələri bildiriblər ki, alıcılar Amazon kimi tam xidmət spektri, o cümlədən iki gün ərzində pulsuz çatdırılma təklif edən onlayn mağazaların xidmətlərindən istifadəyə keçirlər.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, eBay internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. eBayda brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür. Əvvəllər eBayda nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca brands.ebay.com bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur.
 
Şirkət həmçinin PayPal və Ebay Enterprise şirkətlərinin sahibidir. Direktorlar Şurasının qərarına görə, 2015-ci ildə eBay PayPal sistemini ayrıca şirkətə ayıracaq. Sazişin maliyyə məsləhətçisi qismində Goldman Sachs, Allen & Company çıxış edir.
 
Milli.Az