Şagirdlərə eksperimental tədqiqatlar təqdim olunub
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının ötən il başladığı layihələrdən biri də “Bu günün şagirdi və sabahın alimi”dir. Bu layihə çərçivəsində gənc tədqiqatçılar tərəfindən şagirdlərə eksperimental tədqiqatlar təqdim olunub. Təqdimatın digər adı “Əyləncəli elm”dir. Layihə çərçivəsində Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən Şamaxı, Xaçmaz və digər rayonlardakı orta məktəblərdə maarifləndirici tədbirlər həyata keçirilib.
Martın 13-də Gənc Alim və Mütəxəssislər Şurası növbəti təqdimatını Bakının Qaradağ rayonundakı Əliheydər Kazımov adına tam orta məktəbdə reallaşdırıb.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə məktəbin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Ələkbərov şura tərəfindən irəli sürülən təşəbbüsün əhəmiyyətindən, respublikada əsas elmi qurum kimi AMEA-nın elmin təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən danışıb.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov analoji layihənin ötən il digər orta məktəblərdə də həyata keçirildiyini diqqətə çatdırıb. O, elmin əyləncəli formada nümayişini bu günün şagirdləri və gələcəyin alimlərində müəyyən düşündürücü təəssüratların yaradılması baxımından təqdirəlayiq hesab edib. Son dövrlərdə elmi təqdimatın bu formasının dünyada xüsusi populyarlıq qazandığını söyləyən F.Salmanov layihənin gələcəkdə daha da genişləndiriləcəyini və ölkənin ən ucqar nöqtələrindəki orta məktəblərdə reallaşdırılacağını diqqətə çatdırıb.
AMEA-nın Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev bu cür layihələrin həyata keçirilməsinin məqsədinin şagirdlərdə ilkin dünyagörüşünün formalaşdırılması, onlarda elmə marağın artırılması və akademiya üçün gələcək perspektivli kadrların yetişdirilməsi olduğunu qeyd edib.
Sonda AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun, Fizika İnstitutunun gəncləri tərəfindən məktəblilərə müxtəlif elmi şoular təqdim edilib.
Nümayiş olunan elmi şoular şagirdlər tərəfindən maraqla qarşılanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08