387 QHT layihəsinin maliyyələşdirilməsi qərara alınıb
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Şura sədri, deputat Azay Quliyev iclasda çıxış edərək 2015-ci il birinci maliyyə yardımı müsabiqəsinin yekunları ilə bağlı məlumat verib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov 2015-ci il birinci maliyyə müsabiqəsinin 2014-cü il dekabrın 11-də elan olunduğunu və cari il yanvarın 15-dək QHT-lərin ərizələrinin qəbul edildiyini bildirib. Qeyd olunan dövrdə Şuranın elektron məlumat bazasına 584 layihə təklifi daxil olub ki, bunların 75-i müsabiqənin qayda və şərtlərinə cavab vermədiyi üçün texniki seleksiyadan keçməyib. 509 QHT-nin layihəsi isə ekspertizaya göndərilib. Seleksiyadan keçməyən QHT-lərə elektron bildiriş göndərilib və layihənin qeydə alınmamasının səbəbi göstərilib.
Şura üzvləri İlqar Məmmədov, Sahib Məmmədov, Əliməmməd Nuriyev, Vüqar Qədirov, Rəna Mirzəzadə və Gülnarə Hüseynova iclasda çıxış edərək gündəlikdəki məsələlərlə bağlı təklif və rəylərini bildiriblər.
Şura geniş müzakirələrdən sonra büdcə komissiyasının təqdimatlarını, ekspert qiymətləndirməsini və təşkilatlar haqqında katibliyin arayışlarını nəzərə alaraq, 387 QHT layihəsinin maliyyələşdirilməsi haqda yekun qərar qəbul edib.
Müsabiqə qaliblərinin siyahısı Şuranın www.cssn.gov.az və www.qhtxeber.az saytlarında yerləşdiriləcək.
İclasda Şura sədri Sahib Məmmədovun sədrliyi ilə apelyasiya komissiyasının yeni tərkibi müəyyən edilib. Apelyasiya komissiyasında ərizələr martın 19-dək qəbul ediləcək.
Azay Quliyev iclasda Şuranın 2013-cü ildən başladığı “Şuşaya azadlıq!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən işlər haqqında da məlumat verib. Şura sədri beynəlxalq kampaniyanın loqosunun hazırlanması məqsədi ilə müsabiqə elan edilməsi haqqında təklifini səsləndirib. Müzakirələrdən sonra loqo müsabiqəsinin Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı vasitəsilə elan edilməsi və müvafiq maliyyə vəsaitinin ayrılması qərara alınıb.
Sonda cari məsələlər müzakirə olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25