Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov Amerika Birləşmiş Ştatlarının Yayım Şurası idarə heyətinin beynəlxalq yayımlar üzrə bürosunun direktor müavini Cefrey Trimblin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə “Azadlıq Radiosu”nun Azərbaycan Respublikasındakı nümayəndəliyində aparılan vergi yoxlamaları ilə bağlı məsələlər müzakirə edilib. Yoxlamanın detalları və aşkar edilmiş nöqsanlar barəsində geniş fikir mübadiləsi aparılıb.
Sonda Cefrey Trimbl qəbula və müzakirələrə görə təşəkkürünü bildirib.