Tələbələr İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaratdığı imkanlar barəsində məlumatlandırılıb
Bakı, 13 mart, AZƏRTAC
“Startup Azərbaycan” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində informasiya-kommunikasiya texnologiyalarına həsr edilən toplantı keçirilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, proqramçıların, developerlərin, İT ekspertlərinin və startapçıların bir araya gəldiyi tədbirdə tələbələrə Azərbaycanda həyata keçirilən İKT layihələrindən danışılıb, “Startup Azərbaycan” layihəsi, onun məqsədləri, layihə çərçivəsində davam edən müsabiqə qaydaları, müsabiqədəki yeni nominasiyalar, həyata keçiriləcək tədbirlər, təlimlərlə bağlı məlumat verilib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Müşahidə Şurasının üzvü, AİF-in prezidenti Osman Gündüz bildirib ki, “Startup Azərbaycan”ın yekun təqdimat mərasimi və finalçıların investorlarla görüşləri may ayının sonlarında keçiriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-in İnkişafı Dövlət Fondunun layihələr üzrə iş sektorunun müdiri Əkbər Abbasov təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr, qrant müsabiqələri və gözlənilən tədbirlər haqqında geniş məlumat verib.
Görüşdə “Elektron hökumət” portalının nümayəndəsi Ruhəngiz Mehmanqızı Açıq Məlumatlar portalı və onun üzərində hazırlanacaq mobil tətbiqlərdən söz açıb.
Qeyd edək ki, “Startup Azərbaycan” Təşkilat Komitəsi yaxın günlərdə Texniki, Memarlıq və İnşaat və digər universitetlərdə, həmçinin Yüksək Texnologiyalar Parkında belə görüşlərin keçirilməsini nəzərdə tutur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25