Reper Timatinin sosial şəbəkədə paylaşdığı şəkil son günlər ən çox müzakirə olunan mövzulardandır.

ANS PRESS-in məlumatına görə, Timati öz instagram səhifəsində paylaşdığı şəkildə reper çimərlikdə balerina Anastasiya Voloçkova ilə birlikdə göstərilib. Həmin şəkil Anastasiya Voloçkova Maldiv adalarında istirahət edərkən çəkilib. Görünür, cazibədar balerina Timatinin diqqətini cəlb edə bilib.

Fotoşop ilə "qovuşdurulan" Timati və Voloçkovanın şəkli saxta olsa da, bəzi mətbuat resursları Timatinin Anastasiyaya qarşı biganə olmadığını bildirib. Məhz bu şəkli də sübut kimi göstərib. Şəkildə idman üslubunda geyinən Timati guya Voloçkovanın yanında öz əzələlərini nümayş etidirir.

Mənbə
ANS PRESS