Koreya ilə Azərbaycan arasında qiymətli kağızlar bazarı sahəsində əlaqələr sürətlə inkişaf edir
Bakı, 13 mart, AZƏRTAC
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlının rəhbərliyi ilə geniş nümayəndə heyətinin Koreya Respublikasına işgüzar səfəri davam edir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində QKDK sədri Rüfət Aslanlının Koreya Fond Birjasının sədri Kyunqso Çoi və digər rəhbər şəxslərlə görüşü zamanı hər iki ölkənin kapital bazarlarının mövcud vəziyyəti, eləcə də “Kapital Bazarlarının Müasirləşdirilməsi” layihəsi çərçivəsində “Kapital Bazarı İnfrastrukturunun Müasirləşdirilməsi və Avtomatlaşdırılması” komponenti istiqamətində kapital bazarlarının informasiya sistemlərinin təchizatı və quraşdırılması əsasında yaradılacaq yeni ticarət sisteminin tətbiqi ilə bağlı müzakirələr aparılıb. Görüşdə kapital bazarları sferasında əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub. R.Aslanlı Koreya Fond Birjasının əməliyyat infrastrukturu ilə tanış olub, Kapital Bazarı Tarixi Muzeyinin xatirə lövhəsinə arzularını yazıb.
Azərbaycan nümayəndə heyətinin Koreyanın Maliyyə İnvestisiya Assosiasiyasında və Maliyyə Xidmətləri Komissiyasında keçirdiyi görüşlərdə QKDK sədri Koreya ilə Azərbaycan arasında qiymətli kağızlar bazarı sahəsində əlaqələrin sürətli inkişaf tempi əldə etdiyini və hər iki ölkənin maliyyə institutları arasında münasibətlərin qarşılıqlı tərəfdaşlığa əlavə töhfə verəcəyini bildirib.
Koreya Milli Assambleyasında Milli Siyasət Komitəsinin rəhbəri Vu-Teyk Çan ilə keçirilən görüşdə R.Aslanlı Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi inkişaf strategiyasının uğurlu tətbiqi nəticəsində Azərbaycan iqtisadiyyatının sürətli və ardıcıl inkişafına nail olunduğunu və ölkəmizin kapital bazarının qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi istiqamətində institusional tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Milli Assambleyanın üzvü Koreya Fond Birjasının Azərbaycanda kapital bazarlarının müasirləşdirilməsi prosesinə cəlb olunmasından məmnunluğunu ifadə edib.
Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə aparılan müzakirələrdə ölkələrimiz arasında siyasi, iqtisadi və digər vacib sahələrdə əməkdaşlığın genişləndirilməsinin önəmli olduğu qeyd edilərək, dostluq qrupunun Azərbaycanın milli maraqlarının qorunmasında mühüm rol oynadığı vurğulanıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33