Rusiya prezidenti Vladimir Putinlə münasibətdə olduğu deyilən Olimpiya çempionu Alina Kabayevanın oğlu olub.

Axşam.az-ın məlumatına görə, bu barədə İsveçrə mətbuatı yazıb. İddia edilir ki, uşaq Putinindir. Alina Kabayevanın hazırda İsveçrədə “Müqəddəs Anna” xəstəxanasında olduğu deyilir. Bundan başqa yazılanlara görə, martın 5-dən ortalıqda görünməyən prezidentin səhhətində ciddi problemlər var. Putinin mətbuat katibi Dmitri Peskov iddialarla bağlı rəsmi açıqlama verib:

“Hərdən olur ki, prezident ictimaiyyət arasında tez-tez, bəzən isə fasilələrlə görünür. Hər şey qaydasındadır. Sadəcə, iş qrafiki gərgindir”. Xatırladaq ki, daha əvvəl mediada yer alan xəbərlərə görə, Alina Kabayeva Vladimir Putindən bir oğlan uşağı da dünyaya gətirib.