Müğənni özündən çıxdı
Milli.Az gecce.az-a istinadən xəbər verir ki,"Günə Baxan" verilişinin qonağı olan İradə İbrahimova yıxılma səhnəsindən danışıb.
  
"İnsanların işi-gücü yoxdur. Ötən gün verilişlərin birində qonaq idim. Ayağım bir az büdrədi. Götürüb bunu da xəbər etdilər. Ay orası-burası çöldə qaldı deyə, rəylər yazdılar. Mən bəzi insanları qınamıram. Ağılsızlıq kitab, qəzet oxumamaqdan irəli gəlir. Buna görə məni tənqid edən insanları başa düşə bilmirəm".
  
Qeyd edək ki, İ.İbrahimova ötən gün "Gündəlik" verilişində qonaq olarkən həmin anla qarşılaşıb.

Milli.Az