“Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib
Bakı, 13 mart, Gülnar Bəşirova, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində 15 mart Ümumdünya istehlakçıların hüquqlarının müdafiəsi günü ilə bağlı “Rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının müdafiəsi vəziyyəti” mövzusunda dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, xidmətin rəisi Zahid İsayev diqqətə çatdırıb ki, ölkədə informasiya kommunikasiya texnologiyaları sektorunun artım tempi ümumdünya orta göstəricisini təxminən iki dəfə üstələyərək 14 faiz təşkil edib və bu sahə üzrə ümumi gəlirlər 2 milyard dolları ötüb. Qlobal internet şəbəkəsi inkişaf edir, Azərbaycan 70 faiz istifadə sıxlığı ilə MDB və Mərkəzi Asiyada öz liderliyini qoruyur. Elektron kommersiya və pərakəndə satış 50 faiz artıb, elektron təhsil və səhiyyə xidmətlərindən istifadə xeyli genişlənib. Yaradılmış güclü iqtisadi potensial, aparılan quruculuq işləri tam əminliklə deməyə əsas verir ki, bu il də ölkənin sabit inkişafı təmin ediləcək.
Bildirilib ki, hazırda istehlakçı hüquqlarının qorunması ölkəmizdə həyata keçirilən sosial - iqtisadi siyasətin prioritetlərindəndir. İstehlak bazarının keyfiyyətsiz və təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması Dövlət Xidmətinin qarşısında duran əsas vəzifədir. Mövcud qanunvericilikdən irəli gələn vəzifələrin icrası, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların birgə səyləri nəticəsində bu sahədə əhəmiyyətli işlər görülüb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Bəxtiyar Məmmədov rabitə xidmətləri sahəsində istehlakçıların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Diqqətə çatdırıb ki, son illər ölkəmizdə İKT sahəsinin, innovativ sahibkarlığın inkişafı, bu sahədə maliyyə və təşkilatı-texniki, hüquqi dəstəyin göstərilməsi, yeni xidmətlərin tətbiqi, informasiya təhlükəsizliyinin təmini və digər sahələrdə fəaliyyət diqqət mərkəzindədir. Vurğulanıb ki, ölkə ərazisində universal rabitə xidmətinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər əsasən başa çatdırılıb və artıq ölkənin bütün yaşayış məntəqələri üçün rabitə xidmətləri müyəssər xidmətə çevrilib.
Tədbirdə həmçinin yerli və beynəlxalq təşkilatların, mobil operatorların, internet provayderlərin, mobil telefon cihazlarının satışını həyata keçirən sahibkarlıq subyektlərinin nümayəndələri rabitə xidmətləri sahəsində istehlakçı hüquqlarının qorunması istiqamətində fəaliyyətin səmərəliliyinin artırılması üçün müxtəlif təkliflər səsləndiriblər.
Dəyirmi masa mövzu ətrafında fikir mübadilələri ilə davam etdirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18