Kənd təsərrüfatı naziri Heydər Əsədov Ucar rayonunda "Aqrolizinq" ASC-nin xətti ilə ölkəyə yeni gətirilən kənd təsərrüfatı texnikasının təqdimatında iştirak edib.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, "Aqrolizinq" ASC-nin Ucar rayonlararası təchizat bazasında yeni texnikanı lizinqə götürən fermerlərlə görüşən nazir onların problemləri ilə yaxından tanış olub və texnikaya baxış keçirib. Bildirilib ki, təchizat bazasında kənd təsərrüfatı texnikasının istismarında lazımı qədər yedək və ehtiyat hissələri var. Eyni zamanda sahibkarlara bazadan güzəştli qiymətə gübrələr də təqdim olunur.

Sahibkarlarla görüş zamanı onlardan 17 istifadəçiyə 3 adda 19 texnika lizinqə verilib. 3 taxıl biçən kombayn, 9 ədəd traktor və 7 ədəd yükləyici ekskavatorun sənədləri yerindəcə sahiblərinə təqdim olunub.

Qeyd edək ki, təchizat bazasında 120 adda 703 müxtəlif kənd təsərüfatı təyinatlı texnika fermerlərə təklif olunur. Nazir manatın devalvasiyasının ölkəyə gətirilən kənd təsərrüfatı texnikasının qiymətinə təsirsiz olacağını da bildirib.

Milli.Az