Bakı, 13 mart, AZƏRTAC
Broker şirkəti olan “AzFinance İnvest” MMC “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə qoşulub.
Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildiriblər ki, sazişə əsasən, tərəfdaş şirkət LMP çərçivəsində BFB-yə müraciət etmiş emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyə və təlim xidmətləri təqdim edir.
LMP layihəsinin hazırda 11 tərəfdaşı var.
Qeyd edək ki, Listinq Məsləhət Proqramı “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi və BFB-nin müvafiq strategiyasına uyğun həyata keçirilir.