"Mən dövlət tikililərindən heç nə qazanmıram" - Araz Ağalarov
Axşam.az-ın məlumatına görə, iş adamı böhran zamanı inşaatçıların problemləri, iri dövlət layihələri və gələcəklə bağlı optimist fikirlərini bölüşüb. 2018-ci ildə keçiriləcək Dünya Çempionatına hazırlıq məqsədilə Rostovda şirkəti tərəfindən tikintisi başladılan stadion haqda danışan milyarder layihə üçün ayrılan 18, 7 milyard rublun kifayət etməyəcəyini bildirib.
O deyib ki, hazırda məqsəd stadionların tikintisindən qazanmaq yox, əldə olan pulları itirməməkdir.
A.Ağalarov “İnşaat və büdcə sahəsində bütün bu mürəkkəblik şəraitində belə sifarişləri qəbul etməyiniz nə ilə bağlıdır” sualına belə cavab verib: “Bu, status layihəsidir. Dövlət tikililərindən mən heç nə qazana bilmirəm”. Milyarder şirkətinin kredit sistemindən də bəhs edib:
“Bizdə kreditlərin böyük bir qismi dollarla, az bir hissəsi isə rublladır. Əgər maliyyə çətinliyimiz olarsa, dövlət dəstəyinə müraciət etməzdən əvvəl strateji tərəfdaşımız – “Sberbank”ın sədri German Qreflə danışırıq. Müzakirələr aparır, fikir mübadiləsi edirik. 2008-ci ildə “Veqas”ı tikəndə böhran idi. “Sberbank” bizə normal şərtlərlə kredit ayırdı”.
Araz Ağalarov bu il üçün nəzərdə tutulan biznes-strategiyasını da açıqlayıb:
“Maaşları indeksləşdirməyəcəm. Daxili xərcləri və şəxsi avtomobillərin sayını azaldacam. Tikintilər üçün yeni işçilər götürməyəcəm. Ola bilsin, kadr ixtisarı apardım. Amma bu, o qədər də çox olmayacaq. Yeni layihələrimizdən ikisi – “Mariott” və “Holiday İnn” mehmanxanalarının tikintisi artıq dayandırılıb”.
İş adamı “Gələcəyə necə baxırsınız” sualını belə cavablandırıb:
“Mənim belə bir psixologiyam var: biz hamımız öləcəyik; Yer müəyyən olunmuş sürətlə Günəş ətrafında fırlanan sonsuz qara kainatdır. Oturub hansısa böhran haqda fikirləşmək?!. Yox! Sevinmək və yaşadığımız hər gün üçün minnətdar olmaq lazımdır”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Məşhur türkiyəli müğənni Azərbaycana gələcək
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08