Azərbaycan, Bakı, 13 mart /Trend/

Lənkəranda bir ailənin üzvləri dəm qazından zəhərləniblər.

Trend DİN-in saytına istinadən xəbər verir ki, martın 12-də Lənkəran rayonunun Rvo kəndində yaşayan Nərminə Şərbətzadə, oğlanları Əmrah, Pərviz və Elgiz evlərində dəm qazından zəhərlənib və onlar xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az