Azərbaycan, Bakı, 13 mart /Trend/
Bakıda qadına bıçaqla xəsarət yetirmiş şəxs tutulub.
Trend DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 11-də Aygün Xəlilovaya bıçaqla xəsrət yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini İsmayıl Nağıyev tutulub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az