[ 13 Mart 2015 13:11 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində X. Natəvan küçəsinin təmirinə başlanılıb. 

 

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, uzunluğu 1800 metr olan küçənin eni keçdiyi ərazilərdən asılı olaraq 14-15 metr  arasında dəyişir.

 

Artıq yolun 600 metrlik hissəsində köhnə asfalt-beton örtük qaşınaraq yenisi ilə əvəzlənir.

 

İşlərin intensiv aparılması məqsədilə təmir işləri gecə saatlarında da davam etdirilir.