"Əl Qaidə" terror təşkilatının mərhum lideri Usamə bin Ladinin nadir fotoları açıqlanıb.
CNN telekanalının saytında yerləşdirilmiş fotolar 1996-cı ildə Əfqanıstandakı Tora Bora dağında çəkilib.
Usamə bin Ladin həmin dövrdə Tora Borada gizlənirdi.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Usamə bin Ladinin yardımçılarından biri Xaled əl Fəvvaz fələstinli jurnalisti Tora Boraya dəvət etmiş, onun "Əl Qaidə" liderindən müsahibə almasını təşkil etmişdi.
Fotolarda Bin Ladinin yaşadığı ikiotaqlı daxma, onu qoruyan ailə üzvləri, mühafizəçiləri də əks olunub.
Saatlarla dağlarda dolaşan bin Ladini həmişə onlarla mühafizəçi müşayiət edirdi.
Fotolarda Usamə bin Ladinin köməkçisi, "Əl Qaidə"nin ideoloqlarından sayılan suriyalı Əbu Musəb əl Suri də var.
Milli.Az

























