Kiyev, 13 mart, AZƏRTAC 
Ukrayna paytaxtında, GUAM-ın Katibliyində qurumun 2014-cü il ərzində maliyyə fəaliyyətinin yoxlanması üzrə kənar audit keçirilib. Bu barədə AZƏRTAC-a  GUAM-ın Kiyevdəki qərargahından məlumat veriblər.
Müşavirədə Azərbaycan tərəfini Xarici İşlər Nazirliyinin  Maliyyə-valyuta idarəsinin baş müşaviri Tərlan Qasımov və ölkəmizin Ukraynadakı səfirliyinin müşaviri Nazim Əliyev təmsil ediblər.
Tədbirin yekunlarına görə, GUAM-ın  üzvü olan ölkələrin nümayəndələrinin qurumun 2014-cü il ərzində maliyyə fəaliyyətinin yoxlanmasının nəticələrinə dair auditor rəyi imzalanıb.
Zeynal Ağazadə
AZƏRTAC–ın xüsusi müxbiri
Kiyev