Müğənni İradə İbrahimova “Gündəlik” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, studiyaya daxil olarkən sənətçinin ayağı büdrəyib. Yıxılmamaq üçün aparıcı Mətanət Əliverdiyevadan tutan İ.İbrahimova ona göz dəydiyini deyib:
“Yıxılırdım. Mətanətin mənə gözü dəydi”.
Tez-tez Türkiyəyə gedib-gələn sənətçi “Adam heç ərini tək qoyar? Heç vaxt olmaz. Mənə də İradə deyərlər. Elə gedib-gəlirəm ki, kiminsə ruhu da incimir” deyə, əlavə edib.
Qeyd edək ki, Ceyhun İzər adlı iş adamı ilə ailə quran sənətçi Türkiyədə yaşayır.