ABŞ insanları havadan izləyir
Bunun üçün mobil stansiya funksiyasını yerinə yetirən xüsusi uçuş aparatlarından istifadə edilir. Ədliyyə Nazirliyi bu proqramı ilk öncə terrorizmdə şübhəli bilinən şəxsləri izləmək, həmçinin kəşfiyyat məqsədi naminə təşkil edib.
Hazırda sözügedən texnologiya xüsusi xidmət orqanları tərəfindən müxtəlif cinayətlərin törədilməsində şübhəli bilinən şəxsləri izləmək üçün tətbiq edilir.
"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, ABŞ-ın beş şəhərində ölkə əhalisinin əksər hissəsinin yaşadığı ərazini əhatə edən xüsusi təchiz edilmiş təyyarələr mövcuddur. Təyyarələrə quraşdırılmış cihazlar siqnallar göndərir və telefonlar cavabında abunəçi haqda mühüm məlumatları ötürür. Sistem axtarış obyekti olmayan telefonları operativ surətdə filtrdən keçirir. Bəzi hallarda bu sistemin işi mobil rabitənin işində nasazlıqlar yarada bilər.
Hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları ondan narahatdırlar ki, polisin fəaliyyətinə qanunsuz olaraq casus xidmətləri üçün tipik metod və üsullar əlavə edilir. Hüquq müdafiəçilərinin fikrincə, uçuş aparatlarının köməyi ilə izləmə qanuna əməl edən vətəndaşların həyatına kütləvi müdaxilədir.
ABŞ qanunları MKİ-nə ölkə ərazisində əməliyyat keçirməyi qadağan edir, amma bu təşkilatın nümayəndələri Ədliyyə Nazirliyinin məmurları kimi əmin edirlər ki, qanunları pozmayıblar.
“WSJ” qəzeti yazıb ki, iki qurum arasında əməkdaşlıq təxminən 10 il bundan əvvəl başlanıb. O zaman MKİ Ədliyyə Nazirliyi üçün casus texnikası tədarük edirdi. Bundan başqa, izləmə sistemlərinin hazırlanması və tədqiqatına 100 milyon dollar xərclənib. Ədliyyə Nazirliyinin xüsusi xidmətinin texniki bölməsi bir neçə il MKİ-nin texniki məlumatların yığımı bölməsi ilə əməkdaşlıq edib.
Casus qurğusunu baza stansiyası kimi qəbul edən bütün telefonlar stansiyanın əhatə radiusunda cavab kimi eyniləşdirilmiş məlumatlar göndərir. Əgər sistem belə siqnallar arasında onu maraqlandıran telefonunun məlumatlarını aşkar edirsə, uçuş aparatı telefonun yerini bir neçə metr dəqiqliyində müəyyənləşdirənə kimi ərazidə patrul xidməti aparmağa başlayır.
2004-cü ildə bir belə qurğunun dəyəri təxminən 300 min dollar təşkil edib, 2008-ci ildə 500 min dollar dəyərində daha təkmil versiyalar çıxarılıb, indi yeni nəsil smartfonların xüsusiyyətini nəzərə alan yeni versiya sınaqdan keçirilir.
Emil Hüseynov
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Süni intellekt üçün internet “Bakcell”dən
ictnews.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25