“Barselona”nın ulduz futbolçusu Luis Suares “Liverpul”u tərk etməsinin səbəbini açıqlayıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, cari mövsümün əvvəlində “Barselona”ya transfer edilən uruqvaylı forvard yerli mətbuatı günahlandırıb.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, cari mövsümün əvvəlində “Barselona”ya transfer edilən uruqvaylı forvard yerli mətbuatı günahlandırıb.
Suares bütün günahı İngiltərə KİV-ində görür: “Orada mətbuatın mənə qarşı kampaniya aparıb-aparmadığını deməkdə çətinlik çəkirəm. Ancaq onu bilirəm ki, haqqımda layiq olmadığım məqalələr yazıldı. İngiltərədən qaçmağımın da səbəbkarı onlardır. Onların hər şeylə maraqlanmalarından yorulmuşdum. İspaniyaya köçsəm də, ingilislər yenə nəsə axtarırlar”.
Qeyd edək ki, “Barselona” Luis Suaresi 75 milyon funt-sterlinqə transfer etmişdi.
Milli.Az
Milli.Az