Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir Elçin Mehdiyev/

Rusiyanın Kazan şəhərində “Admiral” ticarət mərkəzində baş verən güclü yanğın zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları da olub. Bu barədə Trend “TASS” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, 55 xəsarət alan şəxs arasında iki bəfər Azərbaycan vətəndaşı var. Ölənlər arasında neçə nəfər Azərbaycan vətəndaşı olması barədə məlumat yoxdur.

Ölənlərin sayuı 10 nəfərə çatıb, 25 nəfərin isə dağıntılar altında qaldığı gümann edilir.

Yanğın ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən kafedə qısa qapanma nəticəsində baş verib.

Binada olan 650 nəfər xilas edilib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az