Gəncə, 13 mart, AZƏRTAC
Gəncə Dövlət Universitetinin tələbə həmkarlar ittifaqı təşkilatı “Yeni və ən yeni dövlətçilik tariximizi tanıdaq” adlı bilik müsabiqəsinə start verib.
Universitetin tələbə gənclər təşkilatının sədri Qulu Abdullazadə AZƏRTAC-a deyib ki, müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin dövlətçilik tariximiz haqqında biliklərini dərinləşdirmək və təbliğ etməkdən ibarətdir.
Layihəyə mayın 27-də yekun vurulacaq.