Eleanora Vartal filmin hazırlanması zamanı Azərbaycan haqqında öyrəndiklərindən danışıb, xalqımızın qonaqpərvərliyi və ölkəmizin gözəlliyi barədə təəssüratlarını bölüşüb.
“Azərbaycan səmasında” filmindən söhbət açan Roberto Alqarra qeyd edib ki, İspaniyada vətəndaş müharibəsi dövründə ispan təyyarəçilərinin Azərbaycanda təhsil aldıqlarını və hətta ikinci Dünya müharibəsi illərində nasist Almaniyasına qarşı vuruşduqlarını öyrəndikdən sonra bu barədə film çəkməyi qərara alıb. Bunun üçün Azərbaycanın İspaniyadakı səfirliyinə müraciət edib.
Səfir Altay Əfəndiyev bildirib ki, plana həmin pilotların ailələri ilə görüşmək də daxildir.

Mənbə
AzərTac