[ 13 Mart 2015 02:55 ]
Bakı-APA. Qərbi Afrikada yayılmış “Ebola” virusundan ölənlərin sayı 10 mini keçib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) 24 mindən çox insanın bu xəstəliyə yoluxduğu bildirilib.
Ən çox ölüm halı üç Qərbi Afrika ölkəsində – Syerra-Leone, Liberiya və Qvineyada qeydə alınıb.