Bakıda bu ailəyə dəhşətli sürpriz (VİDEO)
Bakı dairəvi yolunda, Lökbatan qəsəbəsi ərazisinə düşən yol kənarının abadlaşdırılması işlərini aparanlar torpaq qatının altından iki ədəd müəmmalı bağlama tapıblar. Bununla bağlı dərhal əməkdaşlar ANS TV-nin “qaynar xətt”inə müraciət edib.
Həmin bağlamaların içərisində müxtəlif iynələr, gəlincik, ailəyə məxsus rəsmlər mövcud idi. Bundan əlavə üzərində müxtəlif yazılar olan kağızlar vardı. Əməkdaşlar deyir ki, burada ağac əkərkən iki selofan torba tapıblar. Ancaq həmin torbalardan birini yandırıblar. Onlar ehtimal edir ki, mistik düşüncəli insanlar rəsmdə olan ailəyə qarşı dəhşətli supriz hazırlayıblar.
Bağlamanı tapan şəxs Ayaz Hüseynovun sözlərinə görə, ərazidə yaşıllaşdırma işi apararkən iki ədəd selofan tapılıb: "Onlardan birini yandırdıq. Yandırdığımız selofanın içinə baxmadıq. Digər selafonun içərisində isə müxtəlif iynələr, gəlincik, ailəyə məxsus rəsmlər vardı”.
Həmin bağlamaların doğurdanmı mistik düşüncəli insanlar tərəfindən hazırlandığını ekstranses Timur Nəsirovdan xəbər almağa çalışdıq. O, ilk olaraq bağlamaya baxış keçirdi.
Qutudan çıxan əşyalarla bağlı müxtəlif fikirlər irəli sürdü: “Ümimiyyətlə ailə daxilində çox pis olaylar baş verir. Ailənin vəziyyətinin getdikcə bundan da pis olacağı gözlənilir. Gördüyünuz bu müxtəlif iynələr, gəlincik, ailəyə məxsus rəsmlər burada təzə basdırılıb. Bunun məhz yol qırağında basdırılmasına gəlincə isə bu bir o qədər də əhəmiyyət daşımır, insanlar harada gəldi basdırırlar. Amma ola bilsin ki, ailə bu yoldan daha çox istifadə edir. Onlar bu yoldan istifadə edərəkən qəza baş versin deyə bağlama bura basdırılıb”.
Daha sonra müsahibim bağlamanın içərisindəki gəlinciyin üzərindəki iynələri çıxartdı. Və bildirdi ki, rəsmdə olan ailəyə bacardığı qədər kömək edəcək. Bu məqsədlə də o, həmin bağlamanı götürüb uzaqlaşdı. Odur ki, şəkildəki ailənin üzvləri və ya yaxınları bizi izləyirsə, bu məsləylə bağlı “qaynar xətt”imizlə əlaqə saxlayıb münasibət bildirmək imkanından istifadə edə bilərlər.
Bir müddət əvvəl “İç xəbər”ə buna bənzər məlumat daxil olmuşdu. Bakıdakı qəbirstanlıqlardan birinə ziyrətə gedən şəxs qəbirlərin çoxunun üzərinə gənc oğlanın fotoşəklinin qoyulmasının şahidi olmuşdu.
Ekstrasens bu əməlin gəncin sağlamlığına xələl gəlməsinə hesablanmasını bildirmiş, amma araşdırmalar nəticəsində həmin şəxsin Bakıdakı banklardan birində işləməsi və sağlam olması üzə çıxmışdı.
Mənbə
ANS TV: Nurlan Rafiqoğlu
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33