İtaliyanın Napoli şəhərindəki binalardan birinə asılmış reklam plakatı qalmaqala səbəb olub.
 
Milli.Az Ailem-ə istinadən bildirir ki, bir geyim firmasının 9 metrlik reklam afişasında başında rahibə örtüyü, əlində təsbehi olan qadının sinədən aşağısı çılpaq görünür.
 
Qolları ilə sinəsini qismən örtən modelin əynində cins şalvar var.
 
İtaliya mətbuatında yer alan xəbərə görə, şəhər sakinləri reklamı “çox ədəbsiz” adlandıraraq sərt reaksiya göstəriblər. Hətta sosial şəbəkələrdə həmin firmanın boykot edilməsi çağırışı edilib.
 
Bəziləri bunun Papa Fransisin 21 martda Napoliyə ziyarətindən əvvəl bir provokasiya olduğunu iddia edib. Ancaq firmadan gələn açıqlamaya görə, afişanın çox əvvəldən hazırlandığı və dinə hörmətsizlik etmək niyyətlərinin olmadığı qeyd olunub.

Milli.Az