Ötən il silahsız qaradərili yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra iğtişaşların baş verdiyi Fergüson şəhərində iki polis zabiti güllələnib.
 
Milli.Az BBC-yə istinadən bildirir ki, zabitlərdən biri üzündən digəri isə çiyin nahiyəsindən “çox ciddi güllə xəsarəti” alıb, rayon polis idarəsinin rəisi Jon Belmar deyib.
Cənab Belmar gecəyarıdan sonra etirazçıların dağılmaq üzrə olduğu vaxtı ən azı 3 dəfə atəş açıldığını bildirib.
 
Hadisədən əvvəl polis departamentində irqi ayrıseçkiliyi göstərən hökumət hesabatından sonra Fergüson şəhəri polis idarəsinin rəhbəri istefaya çıxıb.
 
Ötən ilin avqust ayında Fergüson şəhərində ağdərili polisin qaradərili yeniyetməni güllələyib öldürməsindən sonra ölkə boyunca etiraz aksiyaları və qarışıqlıqlar yer alıb.
 
Milli.Az