Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir Məftun Salmanov/

“Android” platformasında “Whatsapp” mesajlaşma saytı 1 milyarddan çox yüklənib.

Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu, “Google Play Store”da yükləmə üzrə rekord göstəricidir.

Hazırda saytın aylıq aktiv istifadəçisi 700 milyon nəfərdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az