Axşam.az çin filosofu Konfutsinin maraqlı kəlamlarını təqdim edir:
1. Bildiyini bilənin arxasınca get, bildiyini bilməyəni xəbərdar et, bilmədiyini bilənə öyrət, bilmədiyini bilməyəndən qaç.
2. Heç kim uğur nərdivanını əlləri cibində çıxmayıb.
3. Ağıllı öz uğursuzluqlarının səbəbini özündə, nadan isə başqalarında axtarır.
4. Qaranlığı lənətləməkdənsə, dur bir şam yandır.
5. Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir.
6. Güclü - zəif tərəfini hamıdan yaxşı biləndir; daha güclü olansa zəif tərəfinə hökm edə biləndir.
7. Günəşin sənə gəlməyini istəyirsənsə, kölgədən çıx.
8. Günəşin batdığı yerdə balaca insanların kölgəsi böyük görünür.
9. Qocalıq qarın yağması kimi qəfildən gəlir: səhər durub görürsən ki, dörd bir tərəf ağa bürünüb.
10. Lovğalıq insanın bütün yaxşı xüsusiyyətlərini məhv edir.
11. Səhvi düzəltməmək ən böyük səhvdir.
12. Zaman pul kimidir – lazımsız yerə xərcləməsən, hər şeyə çatar.